​Sloveniyada azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılan abidənin açılışı olub

​Sloveniyada azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılan abidənin açılışı olub Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi silsilə tədbirlər keçirib
Xarici siyasət
13 May , 2015 13:57
​Sloveniyada azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılan abidənin açılışı olub

Bakı. 13 may. REPORT.AZ/ İkinci Dünya müharibəsinin başa çatması və Sloveniyanın alman faşizmindən azad edilməsinin 70 illik yubileyi münasibətilə Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi silsilə tədbirlər keçirib. Səfirlikdən "Report"a verilən məlumata əsasən, Sloveniyanın Şempas qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo haqqında bu ölkəyə gələn turistlər üçün üç dildə geniş məlumat lövhəsinin açılışı olub. 

Tədbirdə iştirak edən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Oğuz şəhər İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Sloveniya parlamentlərarası dostluq qrupunun sədri Miryan Klanşeck və Sloveniya parlamentinin sosial məsələlər komitəsinin sədri Tomaş Xorvat, Nova Qoriça şəhərinin Meri Matey Arçon, Sloveniyada akkreditə olmuş diplomatik korpusların rəhbərləri, Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri və keçmiş partizanlar ilk öncə Mehdi Hüseynzadənin abidəsini ziyarət edərək əfsanəvi qəhrəmanın qəbirüstü memorial kompleksinin üzərinə əklil və tər çiçəklər qoyublar. Qəhrəman Azərbaycan oğlunun xatirəsinə dərin hörmət və ehtiramlarını bildirərək Mehdi Hüseynzadə haqqında informasiyanı özündə əks etdirən məlumat lövhəsinin açılışını ediblər, tədbir iştirakçıları sonra Mehdi Hüseynzadənin adını daşıyan muzeylə tanış olublar. Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev qəhrəmana məxsus şəxsi əşyalarından ibarət yeni eksponatları muzey rəhbərliyinə təqdim edib.

Novbəti tədbir Sloveniya xalqı üçün müqəddəs simvol yeri olan Novo Qoriça şəhərinin Ternovo memorial abidə parkında baş tutub. İştirakçılar öncə Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə ikinci dünya müharibəsi zamanı Yuqoslaviya azadlıq hərəkatı tərkibində döyüşərək qəhrəmancasına həlak olmuş azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinə inşa olunmuş abidənin açılışında iştirak ediblər. Səfir Qalib İsrafilov və Nova Qorica şəhərinin meri çıxış edərək ikinci dünya müharibəsi zamanı Azərbaycanın on minlərlə oğul və qızlarının alman faşizminə qarşı döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər. Bu baxımdan keçmiş Yuqoslaviyanın azadlığı uğrunda canını fəda etmiş əfsanəvi partizan və sovet ittifaqı qəhramanı Mehdi Hüseynzadənın keçdiyi rəşadərtli döyüş yolu haqqında ətraflı məlumat veriblər. Sonra Nova Qoriça şəhərində yerləşən Perla hotelində Sloveniyadakı dplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Qonaqlara Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib və rejissor Tahir Əliyevin lentə aldığı qısametrajlı "IX batalyon" filmi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi