Bakı. 28 fevral. REPORT.AZ/ Sloveniya Milli Şurasının prezidenti Mitya Berverin rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-də Azərbaycana rəsmi səfər edəcək. Sloveniya Milli Şurasının mətbuat xidmətindən "Report"a bildiriblər ki, səfər zamanı Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Milli Şurası prezidentini qəbul edəcəyi gözlənilir. Qonağın Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə də görüşləri nəzərdə tutulub.
Səfər martın 5-də başa çatacaq.