Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir"

Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir" Avropa Komissiyasının vitse-prezidenti Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir
Xarici siyasət
29 Fevral , 2016 12:03
Şefçoviç: Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir

Bakı. 29 fevral. REPORT.AZ/ Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir.

"Report" xəbər verir ki, bu barədə M.Şefçoviçin özü rəsmi "twitter" səhifəsində yazıb.

"Mən Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladım. Son bir il ərzində bu strateji infrastruktur layihəsinin əldə etdiyi irəliləyişi alqışlayırıq", - deyə Avropa Komissiyasının vitse-prezidenti bildirib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası işə başlayıb. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi