​Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

​Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb “Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”
Xarici siyasət
20 May , 2016 17:41
​Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. 20 may. REPORT.AZ/ İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu,

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

Eyni zamanda, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu göndərib. Təbrik mətnində deyilir: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

Bundan başqa, Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına və hökumətinə daha böyük tərəqqi və rifah arzu edirəm".

Son xəbərlər

Orphus sistemi