Şərq Tərəfdaşlığının Riqa bəyannaməsinə Azərbaycan tərəfinin ayrıca bəyanatı əlavə olunacaq

Şərq Tərəfdaşlığının Riqa bəyannaməsinə Azərbaycan tərəfinin ayrıca bəyanatı əlavə olunacaq Məmmədyarov: "Aİ-nin proqram ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinə dair mövqeyi birmənalıdır"
Xarici siyasət
23 May , 2015 13:06
Şərq Tərəfdaşlığının Riqa bəyannaməsinə Azərbaycan tərəfinin ayrıca bəyanatı əlavə olunacaq

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan tərəfi Aİ-yə ayrıca bəyanat təqdim edəcək və həmin sənəd, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrinin Riqa sammitində qəbul olunacaq bəyannaməyə əlavə olunacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov jurnalistlərə bildirib. 

Nazir qeyd edib ki, Riqa sammtinin yekun bəyannaməsi üzərində iş bir neçə gün ərzində aparılıb, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəndlər ilə bağlı da müzakirələr gedib.

"Aİ-nin proqram ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinə dair mövqeyi birmənalıdır. Bəyannamədə bu dəqiq və birmənalı şəkildə qeyd olunub. Biz mətndə  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün sənədlərin, ilk növbədə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əks olunmasını istəyirdik",- E.Məmmədyarov vurğulayıb. 

Onun sözlərinə görə, nəticədə Azərbaycan bəyannaməni imzalayıb. Bazar ertəsi sənədin bu münaqişənin həllinin necə gördüyünü əks etdirən ayrı bəyanat təqdim edəcəyinə dair razılıq əldə olunub. Həmin bəyanat bəyannaməyə əlavə olunacaq. 

Son xəbərlər

Orphus sistemi