"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları bu gün Brüsseldə görüşəcək

"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları bu gün Brüsseldə görüşəcək İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək
Xarici siyasət
23 May , 2016 09:59
Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçıları bu gün Brüsseldə görüşəcək

Bakı. 23 may. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü bu gün Brüsseldə keçiriləcək.

"Report" xəbər verir ki, görüş Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl baş tutacaq.

XİN başçılarının görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

Görüş zamanı nazirlər Avropa Qonşuluq siyasətindəki islahatlar fonunda proqramın inkişafı, eləcə də 2017-ci ildə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" sammiti hər iki ildən bir keçirilir. Son belə sammit 2015-ci ilin may ayında Riqada keçirilib. "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirləri isə ildə bir dəfə görüşür.

Son xəbərlər

Orphus sistemi