Serbiyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Serbiyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək İvica Dacicin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub
Xarici siyasət
29 May , 2015 19:35
Serbiyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Bakı. 29 may. REPORT.AZ/ Mayın 31-də ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvica Dacic Azərbaycana rəsmi səfər edəcək. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində İvica Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra iyunun 1-də Xarici İşlər Nazirliyində KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçiriləcək. 

Səfər iyunun 1-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi