​Səlim Müslümov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

​Səlim Müslümov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə iki ölkə arasında sosial müdafiə sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə olunub
Xarici siyasət
30 Noyabr , 2015 22:03
​Səlim Müslümov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanın əmək və sosial müdafiə naziri Səlim Müslümov ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə, nazir rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkədə həyata keçirilmiş sosial islahatlar və əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinin müxtəlif üsullarından məlumat verib.

Səfir Labardini ölkəsinin müvafiq qurumlarının gördükləri işlərdən danışıb, qeyd olunmuş sahələrdə qarşılıqlı fayda kəsb edə biləcək mümkün təcrübə mübadiləsinə toxunub. Bundan əlavə, diplomat Azərbaycanla bağlı olan təəssüratlarını bölüşüb, Meksika səfirliyinin dövlətlərimiz arasında ikitərəfli münasibətlərin inkişafına yönəlmiş fəaliyyətindən söhbət açıb.

Görüşün sonunda tərəflər əmək və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə etdilər.

Son xəbərlər

Orphus sistemi