Səfirlik: ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir

Səfirlik: ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndələri üçün seminar keçirilib
Xarici siyasət
23 Oktyabr , 2015 17:47
Səfirlik: ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın Ticarət Nazirliyinin rəsmiləri bu ölkənin Ədliyyə Departamentinin daimi nümayəndəsi ilə birgə Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndələri üçün seminar keçirib. Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Seminarda korrupsiyaya qarşi mübarizənin taktikaları və əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirdə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili çıxış edib. 

"ABŞ Azərbaycan hökumətinin korrupsiyaya qarşı təşəbbüslərini dəstəkləyir və onları dövlətlərarası əməkdaşlığın vacib hissəsi sayır", - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi