Səfir: "Türkiyə prezidenti ən yaxın zamanda Azərbaycana səfər edəcək"

Səfir: "Türkiyə prezidenti ən yaxın zamanda Azərbaycana səfər edəcək" "Səfər dövlət başçısının qrafikində boş vaxt olan kimi reallaşacaq"
Xarici siyasət
26 Fevral , 2016 15:52
Səfir: Türkiyə prezidenti ən yaxın zamanda Azərbaycana səfər edəcək

Bakı. 26 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən yaxın zamanda Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, səfər dövlət başçısının qrafikində boş vaxt olan kimi reallaşacaq.

Xatırladaq ki, R.T.Ərdoğanın Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirakla bağlı Bakıya səfəri fevralın 18-də baş tutmalı idi, ancaq bu səfər fevralın 17-də Ankarada törədilmiş terror hücumu səbəbindən təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi