Səfir: "Rusiya-Azərbaycan əlaqələri sakit, sabit və proqnozlaşdırılan tərzdə davam edir"

Səfir: "Rusiya-Azərbaycan əlaqələri sakit, sabit və proqnozlaşdırılan tərzdə davam edir" "Azərbaycan Rusiyaya qarşı sanksiyaları qınayıb və RF bunu yüksək qiymətləndirir"
Xarici siyasət
16 Fevral , 2015 18:13
Səfir: Rusiya-Azərbaycan əlaqələri sakit, sabit və proqnozlaşdırılan tərzdə davam edir

Bakı. 16 fevral. REPORT.AZ/ "Rusiya-Azərbaycan əlaqələrində hər şey sakit, sabit və proqnozlaşdırıla bilən tərzdə davam edir. Rusiya Azərbaycanın müstəqil siyasətinin bütün nüanslarını yaxşı dərk edir və rəsmi Bakını tamamilə anlayır". 

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "RİA Novosti"yə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, ötən il Rusiya-Azərbaycan münasibətləri üçün uğurlu olub: "Prezidentlər üç dəfə görüşüb, Azərbaycana Rusiyanın bir çox nazirləri səfər edib və əksinə, Azərbaycan hökumətinin nümayəndələri Rusiyada bu ölkənin rəsmiləri ilə görüşlər keçirib. Rusiya regionlarının da Azərbaycana böyük marağı göz qabağında olub. Azərbaycana 22 nümayəndə heyəti səfər edib ki, onlardan 12-nə regionların rəhbərləri başçılıq edib. Ticarət dövriyyəsi artıb.  Biz bu sahədə yenə də əvvəlki  4 mlrd. dollara yaxın olan rekord səviyyəyə yaxınlaşırıq".

Ukraynada hadisələr fonunda Azərbaycan və Rusiya arasında münasibətlərdən danışan səfir qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi Ukrayna da daxil olmaqla, bütün məsələlərə dair öz mövqeyi var: "Bir çox məsələdə bizim rəylərimiz üst-üstə düşür. Bəzi məqamlarda isə fikirlərimiz ayrılır". 

Bəzi ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Moskva və Bakının iqtisadi münasibətlərinə təsir edib-etməməsi sualını cavablandıran V.Doroxin bildirib ki, Azərbaycan sanksiyaları qınayıb və Rusiya bunu yüksək qiymətləndirir: "İkincisi, biz konyukturaya yox, uzunmüddətli strateji maraqlara əsaslanırıq".

"Moskva və Bakı arasında münasibətlər inamla inkişaf edir, RF və Qərb arasında sanksiya qarşıdurması isə Azərbaycan kənd təsərrüfatı mallarının Rusiya bazarına ixracının artmasına gətirib çıxarıb", - səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi