Səfir: "Rumıniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir"

Səfir: "Rumıniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir" "Rumıniya üçün ticarət, sənaye, iqtisadiyyat və mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək çox vacibdir"
Xarici siyasət
11 Yanvar , 2016 10:31
Səfir: Rumıniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir

Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərbaycanla Rumıniya arasında çox gözəl münasibətlər var".

"Report" xəbər verir ki, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çobanu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir: "2014-cü ildə Rumıniyadan Azərbaycana ən böyük ixrac müşahidə edilib. Ötən il də ilin ilk 11 ayında ixracın 9 faiz artımı qeydə alınıb. Yəni 2015-ci il üçün ən yüksək ticarət dövriyyəsinin nəticəsini gözləyirik. 2016-cı il də əməkdaşlığımız üçün uğurlu il olacaq. Çünki bizim ortaq maraqlarımız var".

Səfir bildirib ki, ölkələr arasında yüksək səviyyəli siyasi dialoq da mövcuddur. Onun sözlərinə görə, Rumıniya üçün ticarət, sənaye, iqtisadiyyat və mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək çox vacibdir.

Son xəbərlər

Orphus sistemi