Səfir: "Qırğızıstan göstərilən yardıma görə Azərbaycana minnətdardır"

Səfir: "Qırğızıstan göstərilən yardıma görə Azərbaycana minnətdardır" "Azərbaycan dərhal çağırışımıza müsbət cavab verdi"
Xarici siyasət
4 Dekabr , 2015 17:09
Səfir: Qırğızıstan göstərilən yardıma görə Azərbaycana minnətdardır

Bakı. 4 dekabr. REPORT.AZ/ "Qırğızıstan yardım göstərilməsilə bağlı qərara görə Azərbaycana minnətdardır".

"Report" xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Ayciqit Buranov Azərbaycanın Qırğızıstanda baş verən zəlzələ ilə əlaqədar bu ölkəyə 1 milyon manat ayırmasını şərh edərkən deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevə dərhal Qırğızıstana yardım etmək qərarı verdiyinə görə təşəkkür edirik. Eyni zamanda, humanitar yardımın çatdırılması ilə yaxından maraqlanan onun komandasına, Nazirlər Kabinetinə, Azərbaycan FHN-ə minnətdarlığımızı bildiririk. Belə şeylər unudulmur", - səfir bildirib.

A.Buranov qeyd edib ki, təbii fəlakətdən sonra səfirlik Azərbaycanın müvafiq qurumlarına müraciət edib: "Dövlət başçıları arasındakı münasibətlərin səviyyəsini nəzərə alaraq, Azərbaycan dərhal çağırışımıza müsbət cavab verdi". 

Səfirin sözlərinə görə, Azərbaycanın humanitar yardımı qida məhsulları, yataq dəstləri, tikinti materialları, çadırlar, yanacaqdan ibarət olacaq: "Azərbaycanın 90-cı illərdə yaşadıqlarını nəzərə alsaq, bu ölkə insanların sığınacaqsız qalmasının nə demək olduğunu gözəl anlayır". 

Səfir xatırladıb ki, noyabrın 17-də Qırğızıstanda Rixter cədvəli üzrə 7 bal gücündə baş verən zəlzələ nəticəsində təxminən 400 tikili dağılıb və 600 bina ciddi xəsarət alıb, xoşbəxtlikdən insan itkisi yoxdur: "Sakinlərin əksəriyyəti evsiz qalıb. Hadisə yerində Qırğızıstan fövqəladə hallar nazirinin başçılıq etdiyi qərargah yaradılıb".

Son xəbərlər

Orphus sistemi