Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır" Rafael Harpaz: "İsrailin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır"
Xarici siyasət
22 Aprel , 2015 19:03
Səfir: İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Bakı. 22 aprel. REPORT.AZ/ "İsrailin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və biz bu məsələyə faciə kimi baxırıq". Bu sözləri İsrail dövlətinin yaranmasının 67-ci ildönümü münasibətilə keçirilən mətbuat konfransında "Report"un əməkdaşının ermənilərin rəsmi Tel-Əvivə qondarma "erməni soyqırımı"nın tanınmasına dair etdiyi çağırışla bağlı suala cavabında bu ölkənin Azərbaycandakı səfiri Rafael Harpaz deyib. 

Dağlıq Qarabağda mayın 3-nə təyin olunmuş "parlament seçkiləri"nə toxunan R.Harpaz deyib ki, İsrailin bu məsələyə dair mövqeyi dəyişməz olaraq qalır: "Bizim regiona nəzər salsaq, İsrailin də münaqişə zonasında yaşadığımızı görərik. Təcrübəmizə əsaslansaq, münaqişənin həllinin sülh yolu ilə mümkünlüyünə inanırıq. Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq". 

Son xəbərlər

Orphus sistemi