​Səfir: "Fransa prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür"

​Səfir: "Fransa prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür" Paskal Mönye: "Fransua Olland Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir"
Xarici siyasət
2 Aprel , 2015 20:13
​Səfir: Fransa prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür

Bakı. 2 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərinə hazırlıq görülür. "Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə bildirib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələlik məlum deyil: "Ancaq səfər bu il gerçəkləşdiriləcək".

Səfir deyib ki, F.Olland Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir: "O, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək bu istiqamətdə təkliflərini müzakirə etmək istəyir".

Xatırladaq ki, Erəminstan KİV-i Fransa prezidenti Fransua Ollandın bu ilin aprelində İrəvana səfər edəcəyi haqda xəbər yaymışdı.

Son xəbərlər

Orphus sistemi