Səfir Əli Əlizadə Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

Səfir Əli Əlizadə Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb İkitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb
Xarici siyasət
22 İyul , 2016 21:26
Səfir Əli Əlizadə Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Pakistan-Azərbaycan Birgə Hökümətlərarası Komissiyanın həmsədri, bu ölkənin neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin hazırkı vəziyyəti, hər iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstək qeyd olunub

Eyni zamanda iki ölkə arasındakı ticarət dövriyyəsinin daha da yüksəlməsinə səylərin göstərilməsi, birgə hökümətlərarası komissiyanın iclaslarının hər iki ildən bir təşkil olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının artırılması istiqamətində müzakirələr aparılıb.

İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs edən nazir Ş.X.Abbasi Bakıya edilən səfərlərini xatırlayıb, bir çox ölkələrə səfər etdiyini, lakin Azərbaycanın son illər ərzində sürətlə inkişaf etdiyinin daha çox şahidi olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi