​Səfir: "Çexiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır"

​Səfir: "Çexiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır" Bakıda Çex Respublikasının Müstəqillik günü qeyd olunub
Xarici siyasət
23 Oktyabr , 2015 00:45
​Səfir: Çexiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakıda Çex Respublikasının Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbiri açıq elan edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib ki, Çexiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və bunun parlaq nümunələrindən biri Çexiya prezidenti Miloş Zemanın cari ilin sentyabr ayında Bakıya səfəri və strateji tərəfdaşlıq barədə imzalanan birgə bəyannamədir.

"Bizim Azərbaycanla münasibətlərimizin əsasında təkcə möhkəm tərəfdaşlıq deyil, həm də iki xalq və iki ölkə arasında sıx dostluq dayanır", - deyə səfir bildirib.

Öz növbəsində Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Çexiya hökuməti və xalqını bayram münasibəti ilə təbrik edib. O, həmçinin qeyd edib ki, Çexiya prezidentinin sentyabrda Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında növbəti addım oldu.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr iqtisadiyyat, mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və s. daxil olmaqla bütün sahələrdə inkişaf edir.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, deputatlar, ölkənin ictimai xadimləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi