Səfir: "Bundan sonra İran-Azərbaycan əlaqələrini daha sürətlə inkişaf etdirə bilərik"

Səfir: "Bundan sonra İran-Azərbaycan əlaqələrini daha sürətlə inkişaf etdirə bilərik" Möhsün Pakayin: "Nüvə razılaşmasının gələcəkdə ikitərəfli münasibətlərə müsbət təsirlərini görə biləcəyik"
Xarici siyasət
18 Yanvar , 2016 13:57
Səfir: Bundan sonra İran-Azərbaycan əlaqələrini daha sürətlə inkişaf etdirə bilərik

Bakı. 18 yanvar. REPORT.AZ/ "Nüvə razılaşmasının icrası təlatümlü Yaxın Şərq regionunda sabitliyin bərqərar olması üçün böyük bir addımdır və İranın regionda sabitliyin qorunmasında qərarlı olduğunu göstərir".

Bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ABŞ və Avropa İttifaqının İrana qarşı tətbiq etdikləri sanksiyaların aradan qaldırılmasını şərh edərkən deyib.

Səfir bildirib ki, nüvə razılaşması İrana qarşı ittihamların heç bir əsası olmadığını təsdiqləyib: "Vyana razılaşması İrana qarşı tətbiq edilən ədalətsiz və zalım sanksiyaların ləğv olunması və bizim ölkənin sülhməqsədli nüvə proqramına malik olmaq hüququnun tanınması ilə nəticələndi: "Ona görə də biz bu razılaşmanı hər iki tərəfin xeyrinə olan bir razılaşma hesab edirik. Burada bütün tərəflər öz mənafelərini qorudular və istədiklərini əldə etdilər. Bizim "altılıq" ölkələri ilə razılaşmamız regional və beynəlxalq münaqişələrin həllində bir model ola bilər".

Sanksiyaların aradan qaldırılmasının İranla Azərbaycan arasındakı əlaqələrə necə təsir edəcəyi barədə sualı cavablandıran səfir deyib ki, ikitərəfli münasibətlər baxımından Azərbaycan dövləti və xalqı da İranın bu uğuruna sevinir: "Çünki bu sanksiyaların ləğv edilməsindən sonra ikitərəfli əlaqələri daha sürətlə inkişaf etdirə bilərik. Hesab edirəm ki, nüvə razılaşmasının gələcəkdə ikitərəfli münasibətlərə müsbət təsirlərini görə biləcəyik".

Son xəbərlər

Orphus sistemi