Səfir: "Bu il Azərbaycan-Belarus əməkdaşlığı üçün xeyli məhsuldar alındı"

Səfir: "Bu il Azərbaycan-Belarus əməkdaşlığı üçün xeyli məhsuldar alındı" Gennadi Axramoviç turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib
Xarici siyasət
22 Dekabr , 2015 12:26
Səfir: Bu il Azərbaycan-Belarus əməkdaşlığı üçün xeyli məhsuldar alındı

Bakı. 22 dekabr. REPORT.AZ/ "2015-ci il Azərbaycan-Belarus əməkdaşlığı üçün xeyli məhsuldar alındı. Başa çatmaqda olan ilin əsas məqamı isə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri oldu".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O, qeyd edib ki, iki ölkə başçısının səfərləri müntəzəm xarakter alıb, bu günə qədər iki ölkə arasında 100-dən çox müxtəlif səpkili sənəd imzalanıb.

Diplomat, həmçinin iki ölkənin parlamentləri arasında sıx əlaqələrin olduğunu da vurğulayıb. O, 2015-ci ildə Belarusda prezident seçkilərinin keçirildiyini, bundan sonra isə Belarusun Azərbaycandakı parlamentinə seçkilərinə müşahidə missiyası göndərdiyini xatırladıb.

İqtisadi əlaqələrdən danışarkən G.Axramoviç Azərbaycan və Belarusun iqtisadi müstəqilliyinin gələcək əməkdaşlığın əsası olduğunu bildirib: "Azərbaycan və Belarus qlobal böhrana baxmayaraq, bir-birini tamamlayır. İki ölkə arasında ticarət dövriyyəsi 260 milyon dolları ötüb. Ümid edirəm ki, 12 ayın sonunda biz ötən ilin səviyyəsinə çatacağıq. Bu il ərzində aramızda 3 biznes forum keçirilib".

Gələcək planlarla bağlı danışarkən isə səfir vurğulayıb ki, yaxın gələcəkdə "Mogilevliftmash" Sumqayıt şəhərində 140 lifti əvəz etmək niyyətindədir. G.Axramoviç əlavə edib ki, Belarus lift və süd, əczaçılıq, tibbi məhsulların istehsalı üzrə müştərək müəssisələrin yaradılmasında maraqlıdır.

Çıxışı zamanı səfir turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu da qeyd edib.

Çıxışının sonunda səfir 2016-cı ilin də hadisələrlə zəngin, məhsuldar il olacağına inandığını bildirib: "Gələn il üçün müxtəlif xətlərlə bir sıra səfərlər planlaşdırılır. Həmçinin ilin ikinci rübü ərzində Bakıda hökumətlərarası komissiyasının növbəti iclası olmalıdır. Görüşlərimiz müntəzəm olaraq keçirilir və biz hökumətlərarası komissiyaların həmsədrlərinin işə böyük həvəs və məsuliyyətlə yanaşdığını görürük".

Son xəbərlər

Orphus sistemi