Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Brüssel Beynəlxalq Qadınlar Klubu qarşısında mövzu üzrə təqdimatla çıxış edib.
Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat zamanı səfir klub iştirakçılarına Azərbaycanda mövcud olan çoxəsrlik dözümlülük mühiti, ölkəmizin sivilizasiyaların kəsişdiyi məkanda tutduğu mövqe, beynəlxalq müstəvidə mədəniyyət və dinlərarası dialoqa verdiyi töhfədən danışıb.
Diplomat ölkəmizin geosiyasi mövqeyi, regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçıları məlumatlandırıb. F.İsgəndərov münaqişənin tezliklə sülh yolunu ilə həllinə inamıni ifadə edib.
Daha sonra tədbir iştirakçıların sualları cavablandırılıb və Azərbaycanla bağlı film göstərilib.