Bakı. 5 fevral. REPORT.AZ / "Bu il biz Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərini gözləyirik".
"Report"un məlumatına görə, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər aparılır.
X.U.Qayser qeyd edib ki, iki ölkə arasında yaxşı əlaqələr var. O, həmçinin bu il müxtəlif səviyyələrdə bir sıra digər səfərlərin gözlənildiyini də vurğulayıb.