Səfir: "Azərbaycan və Türkiyədə baş tutacaq seçkilərin razılıq şəraitində keçməsini arzu edirəm"

Səfir: "Azərbaycan və Türkiyədə baş tutacaq seçkilərin razılıq şəraitində keçməsini arzu edirəm" "Terrorizmlə mübarizəni davam etdirib, demokratik hüquq və standartların səviyyəsini yüksəltmək üçün çalışacağıq"
Xarici siyasət
29 Oktyabr , 2015 12:47
Səfir: Azərbaycan və Türkiyədə baş tutacaq seçkilərin razılıq şəraitində keçməsini arzu edirəm

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Türkiyədə parlament seçkilərinin eyni gündə baş tutacağı xoş təsadüfdür. Arzu edirəm ki, bu seçkilər razılıq şəraitində keçsin".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda və Türkiyədə noyabrın 1-nə təyin edilən parlament seçkilərinə şərh verərkən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir nəticələrdən asılı olmayaraq, seçkilərin hər iki ölkə üçün faydalı olacağına əminliyini ifadə edib.

İ.A.Coşqun, həmçinin Türkiyədəki seçkilərin kürd məsələsinə son qoyub-qoymayacağı məsələsinə də toxunub. O, hökumətin Türkiyədəki kürd əhalisinin tələblərinə cavab vermək üçün addımlar atdığını deyib: "Hazırda bizim üçün ən böyük problem terror problemidir. Bildiyiniz kimi, terrorçuluğun etnik mənsubiyyəti olmur. İndi biz bir tərəfdən terrorizmlə mübarizəni davam etdirib, digər tərəfdən demokratik hüquq və standartların səviyyəsini yüksəltmək üçün çalışacağıq".

Son xəbərlər

Orphus sistemi