Səfir: "Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər dünya iqtisadiyyatındakı dəyişikliklərə tab gətirə bildi"

Səfir: "Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər dünya iqtisadiyyatındakı dəyişikliklərə tab gətirə bildi" "Rusiya və Azərbaycan əsasən qeyri-neft sektorunda əməkdaşlıq edir"
Xarici siyasət
25 Noyabr , 2015 10:33
Səfir: Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər dünya iqtisadiyyatındakı dəyişikliklərə tab gətirə bildi

Bakı. 25 noyabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər hazırda məlum olduğu kimi, heç də yaxşı günlərini yaşamayan dünya iqtisadiyyatındakı dəyişikliklərə tab gətirə bildi". "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "Diplomatiya aləmi" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2014-cü ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsi 12% artaraq Rusiya statistikasına görə, tarixi maksimuma - 4 milyard ABŞ dollarına çatıb. 

"Müsbət tendensiyalar bu il də davam edir. Bunun səbəbi isə Rusiya və Azərbaycanın əsasən qeyri-neft sektorunda əməkdaşlıq etməsi ilə bağlıdır. Enerji daşıyıcılarının qiymətlərindəki "oynma" bu sahəyə az təsir edir. Ümumiyyətlə, qeyri-neft sektorunda Rusiya Azərbaycan üçün bir nömrəli tərəfdaşdır", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi