Bakı. 14 avqust. REPORT.AZ/ "Azərbaycan və Pakistan arasında qardaşlıq və dostluğa əsaslanan sıx münasibətlər mövcuddur". "Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Pakistanın müstəqilliyinin 69-cü ildönümünə həsr olunan tədbirdə çıxışı zaman bildirib.
"Bizim əməkdaşlığımız bir çox sahələri əhatə edir və gələcəkdə biz onu genişləndirmək niyyətindəyik", - deyə, səfir qeyd edib.
O, Pakistanın sosial problemlərinin həllində Azərbaycanın rolunu yüksək qiymətləndirib. Diplomat Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya fondun ölkədəki fəaliyyəti və Pakistan xalqına yardımına görə xüsusi minnətdarlığını bildirib.
Səfir vurğulayıb ki, Pakistan