​Səfir: ""Altılıq" dövlətləri ilə sazişin əldə olunması İran və beynəlxalq ictimaiyyət üçün mühüm hadisə oldu"

​Səfir: ""Altılıq" dövlətləri ilə sazişin əldə olunması İran və beynəlxalq ictimaiyyət üçün mühüm hadisə oldu" "Bu müqavilədə qalib və məğlub tərəf yoxdur"
Xarici siyasət
15 İyul , 2015 13:27
​Səfir: Altılıq dövlətləri ilə sazişin əldə olunması İran və beynəlxalq ictimaiyyət üçün mühüm hadisə oldu

Bakı. 15 iyul. REPORT.AZ/ İran və "altılıq" arasında sazişin əldə olunması həm İran, həm də dünya ictimaiyyəti üçün mühüm hadisə oldu.

"Report"un verdiyi məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, artıq 13 il idi ki, beynəlxalq ictimaiyyət sanksiya və İranophobiya siyasəti həyata keçirirdi, baxmayaraq ki, İran atom bombası yaratmaq niyyətində deyildi. M.P.Ayin qeyd edib ki, əldə olunan saziş həm də o deməkdir ki, İranla təhdid və hədə-qorxu dilində danışmaq olmaz.

Səfir ölkəsinin nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək üçün iki səbəbin olduğunu bildirib: "Birincisi, nüvə proqramımızı müdafiə etmək üçün, ikinci səbəb isə İrana qarşı sanksiyaların aradan qaldırılması idi və biz bunlara nail ola bildik. Bu müqavilədə qalib və məğlub tərəf yoxdur. Biz kiminsə məğlub tərəf olmasını arzulamırdıq".

Diplomatın sözlərinə görə, saziş bölgə ölkələri ilə əlaqələrin inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi