Bakı. 11 yanvar. REPORT.AZ/ "ATƏT-də Almaniya sədrliyinin əsas prioriteti təşkilatın bütün ərazilərində sabitliyi təmin etmək olacaq".
"Report" xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel jurnalistlərə açıqlamasında deyib.
Xanım diplomat Almaniyanın ATƏT-ə sədrlik dövründə təşkilat məkanında davam edən bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirəcəyini də qeyd edib.
H.Tempel əlavə edib ki, daha bir prioritet məsələ təşkilat ölkələri arasında iqtisadi əlaqələrin inkişafı olacaq.