​San Fransiskoda Azərbaycanın tolerantlıq modeli müzakirə olunub

​San Fransiskoda Azərbaycanın tolerantlıq modeli müzakirə olunub Başı konsul Nəsimi Paşayev Amerika Yəhudi Komitəsinin tədbirində məruzə ilə çıxış edib
Xarici siyasət
13 May , 2016 10:42
​San Fransiskoda Azərbaycanın tolerantlıq modeli müzakirə olunub

Bakı. 13 may. REPORT.AZ/ Amerika Yəhudi Komitəsinin (AYK) dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev San Fransisko şəhərinə səfər edərək, Azərbaycana dair keçirilən üç tədbirdə məruzə ilə çıxış edib.

Baş konsulluqdan "Report"a verilən məlumata görə, diplomat əvvəlcə AYK-nin San Fransisko üzrə regional nümayəndəliyinin idarə heyətinin üzvləri qarşısında məruzə oxuyub.

Baş konsulun növbəti təqdimatları AYK-nin gənc peşəkarlar təşkilatı olan ACCESS-in üzvləri qarşısında və San Fransiskonun ən qədim yəhudi dini ocaqlarından olan “Sherith Israel” sinaqoqunda keçirilib. Tədbirlərdə hüquq, maliyyə,elm, mediya, informasiya texnologiyaları və beynəlxalq biznes kimi müxtəlif sahələrdən olan nüfuzlu şəxslər iştirak ediblər.

N.Ağayev, öz çıxışlarında, Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkəmizdə müxtəlif dinlər və millətlərarasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Baş konsul vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir.

N.Ağayev, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasında olan sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb, eləcə də mədəniyyətlərarası dialoqa mühüm önəm verən Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin yüksək təqdirə layiq olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi