Samir Şərifov: "Azərbaycan Nitsada baş verən terror hücumu ilə əlaqədar Fransanın dərdinə şərikdir"

Samir Şərifov: "Azərbaycan Nitsada baş verən terror hücumu ilə əlaqədar Fransanın dərdinə şərikdir" Maliyyə naziri Fransa səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazıb
Xarici siyasət
18 İyul , 2016 16:35
Samir Şərifov: Azərbaycan Nitsada baş verən terror hücumu ilə əlaqədar Fransanın dərdinə şərikdir

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan maliyyə naziri Samir Şərifov hökumətin adından Nitsada törədilmiş terror hücumu ilə bağlı bu gün Fransanın ölkəmizdəki səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazıb.

"Report"un xəbərinə görə, S.Şərifov Azərbaycanın Nitsada baş verən terror hücumu ilə əlaqədar Fransanın dərdinə şərik olduğunu deyib və ölənlərin ailələrinə və yaxınlarına başsağılığı verib.

"Bu cür terror hücumları beynəlxalq terrorizmlə mübarizə aparmağın zəruriliyini göstərir", - deyə, S.Şərifov vurğulayıb.

Xatırladaq ki, Nitsada törədilmiş terror aktı nəticəsində 84 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Terror aktı ilə əlaqədar olaraq, Fransada iyulun 16-dan etibarın üçgünlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi