Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB

Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 31 il əvvəl Füzulidə itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqda tapılan Vüqar Telman oğlu Həsənovun nəşi Sabirabad rayonuna gətirilib.
Xarici siyasət
7 May , 2024 13:35
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı Füzulidə itkin düşən və 30 il sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqda tapılan Vüqar Telman oğlu Həsənovun nəşi Sabirabad rayonuna gətirilib.

"Report"un Aran bürosunun məlumatına görə, vida mərasimindən sonra şəhid V.Həsənov rayonun Muğan Gəncəli kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sabirabad Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:21

Birinci Qarabağ müharibəsi zamanı Füzulidə itkin düşən və 30 il sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqda tapılan Vüqar Telman oğlu Həsənovun nəşi Sabirabad rayonuna gətirilib.

"Report"un Aran bürosunun məlumatına görə, o, Füzuli rayonunun "Üçtəpə" yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Hazırda Sabirabadın Muğan Gəncəli kəndində şəhidlə vida mərasimi keçirilir.

V.Həsənov Müğan Gəncəli kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, V.Həsənov 1973-cü il aprelin 21-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub.

Son xəbərlər

Orphus sistemi