Rusların 85 faizi Vladimir Putinə güclü siyasi dəstək verir

Rusların 85 faizi Vladimir Putinə güclü siyasi dəstək verir 46 regionda keçirilən sorğu rusların 57 faizinin Putini etibar ediləcək lider hesab etdiklərini müəyyən edib
Xarici siyasət
4 Dekabr , 2014 22:23
Rusların 85 faizi Vladimir Putinə güclü siyasi dəstək verir
Bakı. 4 dekabr. REPORT.AZ/Rusiyanın Levada mərkəzinin keçirdiyi rəy sorğularına görə, rusların 85 faizi iqtisadiyyatın zəifləməsinə baxmayaraq, prezident Vladimir Putinə güclü siyasi dəstək verir.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, 46 regionda keçirilən sorğu rusların 57 faizinin Putini etibar ediləcək lider hesab etdiklərini müəyyən edib.

Təhlilçilərin fikrincə, Rusiya 1998-ci illə müqayisədə inflyasiyanın öhdəsindən daha yaxşı gəlir.

Rusiya rublu 1998-ci ilin iqtisadi böhranı zamanı dollar qarşısında 70 faiz dəyər itirmişdi.

Təhlilçilərin fikrincə, Qərbin Kremlə qarşı siyasi və iqtisadi hücumları Rusiyada milli vətənpərvərlik hissinin artmasına yardım edib.

Britaniyanın Financial Times qəzeti Rusiyada keçirilən rəy sorğularının çox zaman həqiqətə uyğun olmadığı barədə xəbərdarlıq verib.

Son xəbərlər

Orphus sistemi