Rusiyanın xarici işlər nazirinin müavini Bakıya gəlir

Rusiyanın xarici işlər nazirinin müavini Bakıya gəlir Qriqori Karasin Azərbaycan və Rusiya XİN-ləri arasındaki siyasi məsləhətləşmələrdə iştirak edəcək
Xarici siyasət
3 Mart , 2016 23:11
Rusiyanın xarici işlər nazirinin müavini Bakıya gəlir

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Bakıya səfər edəcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Q.Karasin Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) arasındakı siyasi məsləhətləşmələrdə iştirak edəcək.

"Azərbaycan XİN-in rəhbərliyi ilə işçi görüşü planlaşdırırıq. Gündəlikdə bir çox mövzu var: ikitərəfli əlaqələr, regional problemlər, Cənubi Qafqazın problemləri. Müzakirə üçün məsələ çoxdur", - deyə Karasin qeyd edib.

Onun sözlərinə görə, Bakıya səfəri çərçivəsində o, Azərbaycan tərəfini martın 2-də İranda apardığı danışıqlar haqqında da məlumatlandıracaq. 

Son xəbərlər

Orphus sistemi