Bakı 11 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-də Azərbaycana işgüzar səfərə gəlib.
"Report"un məlumatına görə, iki günlük səfər çərçivəsində S.Lavrov Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Görüş zamanı aktual ikitərəfli məsələlərin müzakirəsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur.