Rusiyanın Türkiyədəki keçmiş səfiri: "Azərbaycan Prezidenti Moskva və Ankara arasındakı yaxınlaşmada mühüm vasitəçi rol oynayıb"

Rusiyanın Türkiyədəki keçmiş səfiri: "Azərbaycan Prezidenti Moskva və Ankara arasındakı yaxınlaşmada mühüm vasitəçi rol oynayıb" Pyotr Steqni: "Bütün bu zaman ərzində dayanmadan XİN xətti ilə iş aparılıb"
Xarici siyasət
18 İyul , 2016 10:56
Rusiyanın Türkiyədəki keçmiş səfiri: Azərbaycan Prezidenti Moskva və Ankara arasındakı yaxınlaşmada mühüm vasitəçi rol oynayıb

Bakı. 18 iyul. REPORT.AZ/ "Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayev Rusiya-Türkiyə münasibətlərinin bərpasında əhəmiyyətli vasitəçi rol oynayıb".

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki keçmiş səfiri Pyotr Steqni deyib.

"Bütün bu zaman ərzində dayanmadan XİN xətti ilə iş aparılıb. Çox çətin görünən məsələ kifayət qədər tez və keyfiyyətli həll edildi. Həlledici mərhələdə Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev ilə Nursultan Nazarbayev əhəmiyyətli vasitəçi rolu oynadı", - deyə keçmiş səfir bildirib.

O, tərəflərin bütün vacib məsələlər üzrə razılığa gələ bildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi