Rusiyanın baş naziri Bakıya səfər edəcək

Rusiyanın baş naziri Bakıya səfər edəcək Avrasiya İqtisadi Birliyinə üzv ölkələri baş nazirlərinin görüşü Yerevanda deyil, Moskvada keçiriləcək
Xarici siyasət
5 Aprel , 2016 19:14
Rusiyanın baş naziri Bakıya səfər edəcək

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedevin Yerevana rəsmi səfəri əvvəlcədən planlaşdırıldığı kimi aprelin 7-də baş tutacaq.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Ermənistan səfərindən sonra D.Medvedev aprelin 8-də Azərbaycana gələcək. 

D.Medvedevin mətbuat katibi Natalya Timakova jurnalistlərə müsahibəsində bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin baş nazirlərinin görüşü Yerevanda deyil, Moskvada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi