Bakı. 9 iyul. REPORT.AZ/ "Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşımızdır. Biz Azərbaycanla münasibətlərimizi bərabərhüquqluluq, bir-birimizin maraqlarına qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında qururuq".
"Report"un məlumatına görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana işgüzar səfəri ilə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.
"Bakıda ikitərəfli görüşlər zamanı aktual məsələlərin müzakirəsi, Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əldə olunmuş razılaşmaya dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə sənəddə vurğulanıb.