Rusiya xarici işlər nazirinin müavini Bakıdakı danışıqların nəticəsindən məmnun qalıb

Rusiya xarici işlər nazirinin müavini Bakıdakı danışıqların nəticəsindən məmnun qalıb Qriqori Karasin: "Görüş məhsuldar alınıb"
Xarici siyasət
5 Mart , 2016 16:01
Rusiya xarici işlər nazirinin müavini Bakıdakı danışıqların nəticəsindən məmnun qalıb

Bakı. 5 mart. REPORT.AZ/ Martın 4-də Bakıda səfərdə olmuş Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün nəticəsindən məmnun qalıb.

"Report" xəbər verir ki, Q.Karasin bu gün TASS-a açıqlamasında Cənubi Qafqaz regionunun aparıcı dövlətləri ilə münasibətlərin də müzakirə edildiyi görüşün məhsuldar alındığını bildirib.

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşümüz oldu. Onunla ikitərəfli əlaqələr, siyasi müstəvidə bizi gözləyən görüşlərin qrafiki barədə müzakirələr apardıq. Əlbəttə, regional məsələlər, Cənubi Qafqaz, regionunun aparıcı dövlətləri ilə münasibətlər barədə danışdıq. Nəticədə konstruktiv, məhsuldar, çox maraqlı bir görüş oldu", - deyə Karasin qeyd edib.

Son xəbərlər

Orphus sistemi