​Rusiya "Tu-22M3" bombardmançısının Suriyada döyüş uçuşunun görüntülərini yayıb - VİDEO

​Rusiya "Tu-22M3" bombardmançısının Suriyada döyüş uçuşunun görüntülərini yayıb - VİDEO Qırıcılar İŞİD-in Deyr-əz-Zor şəhəri ətrafındakı mövqelərinə zərbələr endiriblər
Xarici siyasət
25 Yanvar , 2016 21:54
​Rusiya Tu-22M3 bombardmançısının Suriyada döyüş uçuşunun görüntülərini yayıb - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi "Tu-22M3" qırıcısının Suriyada döyüş uçuşunun görüntülərini yayıb.

"Report" xəbər verir ki, kadrlarda bombardmançının döyüş sursatları ilə yüklənməsi, Latakiyadakı Xmeymim aerodromundan havaya qalxması və İŞİD terrorçularının olduğu ərazini bombalaması göstərilir.

Rusiyanın uzaq "Tu-22M3" bombardmançıları iki sutka ərzində 18 döyüş uçuşu ediblər və terrorçuların Suriyanın Deyr-əz-Zor şəhəri ətrafındakı mövqelərinə zərbələr endiriblər.

Rusiya Suriyada hava əməliyyatlarına 30 sentyabr 2015-ci il tarixindən başlayıb.

Son xəbərlər

Orphus sistemi