Rusiya Təhlükəsizlik Şurasının iclasında Bakıdakı zirvə görüşünün nəticələri müzakirə olunub

Rusiya Təhlükəsizlik Şurasının iclasında Bakıdakı zirvə görüşünün nəticələri müzakirə olunub Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Xarici siyasət
11 Avqust , 2016 13:33
Rusiya Təhlükəsizlik Şurasının iclasında Bakıdakı zirvə görüşünün nəticələri müzakirə olunub

Bakı. 11 avqust. REPORT.AZ/ Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, görüş zamanı Rusiya prezidentinin Bakıda Azərbaycan və İran liderləri, eləcə də Türkiyə və Ermənistan dövlət başçıları ilə bu həftə baş tutan görüşlərinin yekununda əldə edilmiş razılaşmalara dair müzakirə aparılıb.

İştirakçılar beynəlxalq gündəlikdə dayanan məsələlərdən əlavə, ölkədaxili cari sosial-iqtisadi məsələləri müzakirə ediblər.

Görüşdə Rusiya hökumət başçısı Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlüksizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.

Son xəbərlər

Orphus sistemi