Bakı. 9 İyul. REPORT.AZ/ "Azərbaycan, Kamboca və Suriya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərir, lakin üzv olmanın dəqiq meyarları var ki, onlara riayət etmək lazımdır".
"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri, Rusiya Federasiyasının BRHÇC və ŞƏT-də sədrliyinin təmin edilməsi və hazırlanması üzrə Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov TASS-ın sualını cavablandırarkən məlumat verib.
"Kamboca, Suriya, Banqladeş, Azərbaycan, Misir, Şri- Lanka", - deyə Kobyakov ŞƏT-ə üzv olmağa maraq göstərən ölkələri sadalayıb.
"Lakin qayda-qanun var, bu "istədim-üzv oldum" deyil. 28 sənəd var, burada təşkilata üzv olmanın dəqiq qaydaları yazılıb. ŞƏT-ə üzv olmazdan əvvəl, onlara riayət etmək lazımdır", - deyə o qeyd edib.