Rostov vilayəti Azərbaycanla əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir

Rostov vilayəti Azərbaycanla əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir 2016-cı ildə Rostov regionu MDB ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarici siyasət
21 Yanvar , 2016 14:14
Rostov vilayəti Azərbaycanla əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın Rostov vilayəti Azərbaycanla qarşılıqlı əlaqə və əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Mixail Çernışev regional hökumətin iclasında məlumat verib.

O bildirib ki, 2016-cı ildə Rostov regionu MDB ölkələriylə, eləcə də Makedoniya, Serbiya, Çin və İtaliyayla əməkdaşlığı genişləndirmək niyyətindədir.

M.Çernışevin sözlərinə görə, vilayətin 18 beynəlxalq və 70 regional müqaviləsi mövcuddur.

Son xəbərlər

Orphus sistemi