Robert Sekuta ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb

Robert Sekuta ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb Qeyd edək ki, Azərbaycanda 6000-ə yaxın ABŞ mübadilə proqramlarının məzunları var
Xarici siyasət
24 Sentyabr , 2016 15:26
Robert Sekuta ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta öz igamətgahında ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramları üzrə təhsil alan 300-dən çox məzunu salamlamaq üçün qəbul təşkil edib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə yeni qayıtmış məzunlar və keçmiş illərin məzunları iştirak ediblər. Tədbir ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən mübadilə proqramlarının növbəti uğurlu ilini qeyd etmək və ABŞ təhsilli Azərbaycan məzunları ictimai birliyinə (AAA) qoşulan yeni məzunları salamlamaq məqsədi daşıyıb.

ABŞ səfiri, İctimaiyyətlə əlaqələr üzrə yeni şöbə müdiri Karolina Savec, Mədəni əlaqələr üzrə müşavir Emi Petersen və ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin İdarə Heyətinin sədri Əliyar Huseynovun rəsmi salamlamasından sonra tədbir 2016-2017-ci il üzrə “Alumni MAX” proqramının qaliblərinin adlarının açıqlanması və 2016-cı ilin fəal məzunlarının mükafatlandırma mərasimi ilə davam edib.

Qeyd edək ki, Azərbaycanda 6000-ə yaxın ABŞ mübadilə proqramlarının məzunları var. 

Son xəbərlər

Orphus sistemi