Bakı. 21 oktyabr. REPORT.AZ/ "ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr yaxşı səviyyədədir."
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
"Biz Azərbaycanla daha sıx əlaqələrin olmasını istəyirik. Hər iki tərəf münasibətlərin inkişafı üçün işlər görür", - R.Sekuta əlavə edib.
Diplomat bildirib ki, hər iki tərəf daha yaxşı münasibətlərin nail olması üçün səylər göstərə bilər.