Dövlət Dumasının deputatı: "Azərbaycan və Dağıstan müasir reallıqların çağırışlarına birgə cavab verə bilər" - MÜSAHİBƏ

Dövlət Dumasının deputatı: "Azərbaycan və Dağıstan müasir reallıqların çağırışlarına birgə cavab verə bilər" - MÜSAHİBƏ Millətlərlə İş üzrə Komitənin sədri: "Azərbaycan və Dağıstan arasında münasibətlərin tarixi qədim köklərə dayanır"
Xarici siyasət
16 İyun , 2016 15:33
Dövlət Dumasının deputatı: Azərbaycan və Dağıstan müasir reallıqların çağırışlarına birgə cavab verə bilər - MÜSAHİBƏ

Moskva. 16 iyun. REPORT.AZ/ Azərbaycan rəhbərliyinin apardığı siyasət xalqlar arasında qarşılıqlı anlaşma və dözümlülüyə imkan yaradır. 

Dövlət Dumasının Millətlərlə İş üzrə Komitəsinin sədri Hacıməd Səfərəliyevin "Report"a müsahibəsi.

- Dağıstan prezidentinin bu yaxınlarda Azərbaycana səfərini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, Dağıstan-Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Azərbaycan və Dağıstan arasında münasibətlərin tarixi, demək olar ki, qədim köklərə dayanır. Bu gün biz bunun davam etdirilməsi və dərinləşdirilməsinin üzərində birgə işləyirik. Xüsusilə, Azərbaycanda keçirilən Dağıstan Günləri zaman böyük sayda müqavilə imzalanıb. Azərbaycanda çox sayda dağıstanlı millət - ləzgilər, avarlar, saxгlar yaşayır. Digər tərəfdən, Dağıstanda çox sayda azərbaycanlı yaşayır. Biz qonşuyuq, bir-birimizə çox yaxın millətlərik, buna görə də elə etmək lazımdır ki, hər iki millət öz təbii mühitində rahat yaşaya bilsin, özlərini çağırılmamış qonaq kimi hiss etməsin. Yalnız birləşərək, biz müasir reallıqda mövcdu olan çağırışlara, o cümlədən qərb sanksiyalarına cavab verə bilərik. 

Azərbaycan rəhbərliyinin apardığı siyasət xalqlar arasında qarşılıqlı anlaşma və dözümlülüyə imkan yaradır.  Azərbaycanın daxilində millətlərarası münasibətlərdə hər hansı bir tərəddüd uzun müddətdir müşahidə olunmur - bu, dəqiq qurulmuş sistemdir.

- Məlum olduğu kimi, siz tez-tez Bakıda olursunuz. Sizi Azərbaycanla hansı şəxsi münasibətlər bağlayır?

- Bakı bizim ailəmizin ənənəsidir. Vaxtılə mənim babam öz karyerasını Bakıda başlayıb. O, 100 il bundan əvvəl, yəni 1916-cı ildə Rusiya Sosial-Demokrat İşçi Partiyasının yerli qolunu təşkil etmək üçün Bakıdan Dərbəndə köçüb. Atam Bakıda indiki Neft və Kimya Akademiyasını bitirib. Mən özüm Bakıda doktor dissertasiyasını müdafiə etmişim. Bizi Bakı ilə bir çox şey bağlayır. Burada mənim qohumlarım və dostlarım yaşayır. Buna görə də Bakıya hər səfərim mənim üçün bayramdır. Alınsa, bu yay da ora gedəcəm, çünki indi Dövlət Dumasına seçkiqabağı kampaniya başlayır. Partiya hesab etsə ki, namizədliyimi irəli sürməliyəm, mən işləməyə məcbur olacağam. Amma mən hər zaman Bakı ilə görüşümü səbrsizliklə, zövqlə gözləyirəm.

- Seçkilərə gəldikdə, Dövlət Dumasına seçilmək üçün namizədliyinizi irəli sürəcəksiniz? Seçkiqabağı praymerizinizin nəticələri necədir?

- Partiyanın ali rəhbərliyi lazım bilsə, iştirak edəcəm. Praymerizə gəlincə, bu prosedurda mən Şimali Qafqaz dairəsi üzrə federal nümayəndə idim. Bu, çox yaxşı yenilikdir. Biz xalqın bu yeniliyə necə reaksiya verməsinə, onun insanlar tərəfindən necə qəbul edilməsiinə fikir verirdik. Bəzi namizədləri qəbul etmədilər: bir çox gözlənilməz məqamlar oldu - kifayət qədər bəzi media simaları lazımi səsi toplaya bilməyərək kənarda qaldılar. Beləliklə, partiya təbii seçim aparır. 

- Dövlət Dumasında Millətlərarası siyasət üzrə komitə hazırda hansı işi görür? Yaxın zamanda bizi hansı tədbirlər gözləyir?

- Biz, əsasən, Millətlərlə iş üzrə Federal Agentliklə işləyirik. İndi 4 ildir Dağıstanda baş tutan "Rusiya Qafqazı" adlı iri forumun keçirilməsi planlaşdırılır. Yay aylarında böyük millətlər və konfessiyalararası düşərgələrin keçirilməsi planlaşdırılır. Düşərgələrdən biri Xəzərdə olacaq. Orada Azərbaycan tərəfinin də iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi