​Ramzan Kadırov Azərbaycanı müsəlman qaçqınlara kömək etməyə çağırıb

​Ramzan Kadırov Azərbaycanı müsəlman qaçqınlara kömək etməyə çağırıb "Biz məzlumlara və təhlükə altında olanlara qayğı göstərməliyik"
Xarici siyasət
8 Sentyabr , 2015 05:24
​Ramzan Kadırov Azərbaycanı müsəlman qaçqınlara kömək etməyə çağırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov müsəlman ölkələrinin liderlərini Qərb ölkələri və ABŞ-ın xarici siyasəti səbəbindən öz ölkələrini tərk etmək məcburiyyətində qalan miqrantların problemlərinə qarşı birləşməyə çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, şəxsi bloqunda yazıb.

"Biz zəiflərə, məzlumlara və həyatları təhlükədə olan insanlara qayğı göstərməliyik. Ona görə Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malaziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələrinin liderlərini din qardaşlarımızın müdafiəsinə qalxmağa çağırıram", — deyə Çeçenistan lideri yazıb.

Son xəbərlər

Orphus sistemi