Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik
Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran nazir Ramil Usubov rəhbərlik etdiyi qurumun Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb. Nazir ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu, qardaş ölkənin ali hərbi məktəblərində və Polis Akademiyasında
General-polkovnik Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu, qısa zaman kəsiyində ölkənin olduqca sürətli və modern bir inkişaf yolu keçməsindən məmnunluğunu, ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladaraq, əlaqələrin bundan sonra daha da dərinləşməsinə çalışacaqlarını bildirib.