Ramazan Abdulatipovun rəhbərlik etdiyi Dağıstan rəsmi nümayəndə heyəti Azərbaycana gəlib

Ramazan Abdulatipovun rəhbərlik etdiyi Dağıstan rəsmi nümayəndə heyəti Azərbaycana gəlib Azərbaycanın Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlığa dair saziş imzalanacaq
Xarici siyasət
12 May , 2016 08:50
Ramazan Abdulatipovun rəhbərlik etdiyi Dağıstan rəsmi nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. 12 may. REPORT.AZ/ Ramazan Abdulatipovun rəhbərlik etdiyi Dağıstanın rəsmi nümayəndə heyəti Azərbaycana gəlib. "Report" Dağıstan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycanda keçirilən Dağıstan Mədəniyyət Günlərinin açılışına qatılacaq.

Dağıstan Respublikasının başçısı R.Abdullatipov ölkəmizdə yaşayan həmvətənləri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirəcək.

Eyni zamanda Azərbaycanın Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlığa dair saziş imzalanması planlaşdırılır.

Nümayəndə heyəti Bakıdan əlavə, Xaçmaz və Qusara da səfər edəcək.

Son xəbərlər

Orphus sistemi