Rafael Hüseynov: "Avropa Şurası ermənilərin hərəkətlərinə barmaqarası baxır"

Rafael Hüseynov: "Avropa Şurası ermənilərin hərəkətlərinə barmaqarası baxır" "Ümid edirəm ki, AŞPA-nın gələcək məruzələrində bu faktlar əksini tapacaq"
Xarici siyasət
20 İyun , 2016 16:17
Rafael Hüseynov: Avropa Şurası ermənilərin hərəkətlərinə barmaqarası baxır

Bakı. 20 iyun. REPORT.AZ/ "Bu il biz Azərbaycanın AŞPA-ya daxil olmasının 15-ci ildönümünü qeyd edirik, gələn il isə Azərbaycan ərazilərinin işğalının hüzünlü ildönümünü qeyd edəcəyik.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun Strasburqdakı sessiyasında çıxışı zaman bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zaman dünya ictimaiyyəti Ermənistana qarşı səhlənkarcasına münasibət göstərib: "Avropa Şurası ermənilərin hərəkətlərinə barmaqarası baxır, bu da bu cür hərəkətlərin artmasına və AŞPA-ya üzv ölkələrdən birinin digər ölkənin ərazilərini işğal etməsinə səbəb olur. Ümid edirəm ki, AŞPA-nın gələcək məruzələrində bu faktlar əksini tapacaq".

Son xəbərlər

Orphus sistemi