Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib

Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib Görüşdə Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
13 Oktyabr , 2016 16:35
Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib

Kişineu. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin prezidenti Nikolae Timoftiyə etimadnaməsini təqdim edib. 

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfir Q.Osmanov Prezident sarayında bununla əlaqədar təşkil edilən mərasimdə iştirak edib. 

Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

N.Timofti Q.Osmanovu Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi