Qubada “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair regional təlim keçiriləcək

Qubada “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair regional təlim keçiriləcək Təlimin sessiyaları BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq
Xarici siyasət
29 Oktyabr , 2014 16:50
Qubada “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair regional təlim keçiriləcək
Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərhəd bölgələrində işləyən sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təşkil ediləcək “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi”nə dair regional təlim keçiriləcək. Bu barədə "Report"a BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT Layihəsi) çərçivəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) idarəsi ilə əməkdaşlıq şəraitində və Nazirlər Kabinetinin dəstəyi ilə oktyabrın 30-da Quba şəhərində Azərbaycanın şimal sərhəd rayonlarında çalışan sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün birgə təlim keçirəcək.

Təlimin məqsədi ölkənin sərhəd rayonlarında işləyən və sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

Təlimin sessiyaları BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq.

Son xəbərlər

Orphus sistemi