Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Səfir ölkəsinin Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib
Xarici siyasət
30 Yanvar , 2015 17:56
Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib. 

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Ayciqit Buranov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Ayciqit Buranov ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Ayciqit Buranova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi